Logo

"Öz fənləri ilə bağlı ən sadə suallara cavab verə bilməyən müəllimlər var”

15.12.2022 11:16 943 baxış
IMG

"Ümumi nəticəyə baxsaq, görərik ki, müəllimlərin 30 %-dən çoxu imtahanlarda yüksək nəticə göstərib. Belə ki, 4 müəllimdən 3-nün nəticəsi bizim üçün uğurludur. Amma biri ilə bağlı sualımız var. Ümumilikdə Bakıda nəticələr yüksəkdir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmədə deyib.

"Rayonlarda nəticələrə baxsaq, Samux-Daşkəsəndə müəllimlərin 42 %-i uğur qazanıb, bu da o deməkdir ki, 2 müəllimdən biri imtahandan keçə bilməyib", - nazir çıxışında vurğulayıb.

Nazir həmçinin bildirib ki, imtahandan keçən müəllimlərin 49 %-i əməkhaqlarına 10 %, 27 %-i isə 35 % əlavə almağa başlayıb:

"“Bu yaxşı göstəricidir, xüsusilə kənd yerində dərs deyən müəllim üçün. Amma gəlin baxaq, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 %-i minimal balı toplaya bilməyib. Bu o deməkdir ki, müəllimlər öz fənləri ilə bağlı ən sadə suallara cavab verə bilməyib".

Xəbər lenti